14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
İlham Əliyev: “Ermənistandakı rejim istəmirdi ki, xaricilər viranəlikləri görsünlər”
Tarix: 13-04-2021 11:10 | Bölmə: Siyasət
İlham Əliyev: “Ermənistandakı rejim istəmirdi ki, xaricilər viranəlikləri görsünlər”

“Ermənistandakı rejim istəmirdi ki, xaricilər viranəlikləri və azərbaycanlılara qarşı olan nifrəti görsünlər. Çünki bu dağıntılar və xarabalıqlar Birinci Qarabağ müharibəsindən sonra törədilib. Çünki mülki kəndləri müharibə zamanı dağıtmaq mümkün deyil. Onlar bunu Azərbaycan mədəniyyətinin irsini, bu əraziləri bizim yaddaşlardan silmək üçün, bu ərazilərin mənşəyini dəyişmək üçün bilərəkdən törədiblər”.

Reyting.az
-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib.

Prezident bildirib ki, indi, biz həmin ərazilərə qayıdırıq, Ermənistan qoşunlarının işğalının fəsadlarını, bizim tarixi torpaqlara, dini abidələrə qarşı etdiklərini gözlərimizlə görürük.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}