16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Yaqub Eyyubov: "Rəsmi Bakının Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi dəyişməzdir"
Tarix: 13-04-2021 17:55 | Bölmə: Siyasət
Yaqub Eyyubov: "Rəsmi Bakının Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi dəyişməzdir"

Ukrayna Baş nazirinin müavini - Ukraynanın müvəqqəti işğal edilmiş ərazilərinin renteqrasiya məsələləri üzrə naziri Aleksey Reznikovun başçılıq etdiyi nümayəndə heyəti Bakıda Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşüb.

Bu barədə Ukraynanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Tərəflər regional təhlükəsizlik, qarşılıqlı faydalı layihələrdə birgə iştirak və digər geniş mövzuları müzakirə ediblər.

Y.Eyyubov Ukraynaya Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü açıq şəkildə dəstəklədiyinə görə təşəkkür edib. O bildirib ki, rəsmi Bakının da Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.

O.Reznikov isə Ukrayna-Rusiya sərhədləri yaxınlığında rus qoşunlarının artmasından danışıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirmək üçün ortaq öhdəliklərin olduğunu təsdiqləyiblər/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}