16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Həmsədrlərin atəşkəslə bağlı bəyanatı yayılıb
Tarix: 13-04-2021 23:48 | Bölmə: Siyasət
Həmsədrlərin atəşkəslə bağlı bəyanatı yayılıb

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) Azərbaycan və Ermənistan arasındakı atəşkəslə bağlı bəyanat yayıblar.

Reyting.az
-ın məlumatına görə, ATƏT-in saytına yerləşdirilən bəyanatda qeyd olunub ki, həmsədrlər atəşkəsin gücləndirilməsi istiqamətində atılan bütün addımları məmnunluqla qarşılayır və tərəflər arasında (Azərbaycan və Ermənistan nəzərdə tutulur – Red.) 10 Noyabr 2020-ci ildə əldə edilən üçtərəfli atəşkəs bəyanatının icrasını yaxından izləyirlər.

Bildirilib ki, qarşılıqlı etimad mühiti yaratmaq üçün ərazilərin minalardan təmizlənməsi məqsədi ilə lazım olan məlumatların mübadiləsi vacibdir.

Həmsədrlər, bölgəyə işgüzar səfərləri bərpa etməyə hazır olduqlarını da qeyd ediblər.

Onu da qeyd edək ki, Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə hələ də təqdim etməyib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən Ermənistan və Azərbaycan arasındakı bütün hərbi əməliyyatlara son qoyulduğunu elan edən üçtərəfli bəyanat imzalandığı vaxtdan bu günədək, işğaldan azad olunmuş ərazilərdə mina partlaması nəticəsində aralarında 14 nəfəri mülki şəxs olmaqla, 20 nəfər Azərbaycan vətəndaşı həlak olub, 85 nəfər yaralanıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}