16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Zaxarova: "Türkiyə ilə uçuşların dayandırılmasında siyasi əsas yoxdur"
Tarix: 14-04-2021 13:08 | Bölmə: Siyasət
Zaxarova: "Türkiyə ilə uçuşların dayandırılmasında siyasi əsas yoxdur"

“Rusiya ilə Türkiyə arasındakı münasibətlər bir sıra sahələrdə inkişaf edir. Bunlar təkcə turizm deyil, həm də siyasi, strateji və energetikada əməkdaşlıq məsələləridir. Bu ikitərəfli münasibətlərin dinamik inkişafını görürük. Hava əlaqələrinin dayandırılmasına siyasi səbəb axtarmaq cəhdləri əsassızdır”.

Bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, uçuşların dayandırılması epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqəlidir.

O vurğulayıb ki, karantin tədbirlərinə riayət olunmasına davam etmək lazımdır/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}