Paşinyan: "Baş nazir vəzifəsinə namizədliyimi irəli sürəcəyəm"
Tarix: 14-04-2021 20:18 | Bölmə: Siyasət
Paşinyan: "Baş nazir vəzifəsinə namizədliyimi irəli sürəcəyəm"

Ermənistan baş naziri Nikol Paşinyan parlamenti buraxaraq erkən seçkilər təyin etmək üçün aprel ayının son 10 günü ərzində vəzifəsindən istefa verəcəyini bildirib.

Bunu o, parlamentdəki bu günkü “hökumət saatı” vaxtı açıqlayıb.

“Protokol qaydaları naminə yeddinci gün baş nazir vəzifəsinə namizədliyimi irəli sürəcəyəm, qalan qruplar isə öz namizədlərini açıqlamayacaq, “Mənim addımım” qrupu məni baş nazir seçməyəcək. İkinci dəfə də qrup namizədliyimi irəli sürəcək və yenə də seçməyəcək. Parlament buraxılacaq, iyunun 20-də də seçkilər keçiriləcək” – deyə N.Paşinyan izah edib/Report.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}