14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
XİN Nikol Paşinyana Hüseyn Cavidin şeiri ilə cavab verib
Tarix: 16-04-2021 09:53 | Bölmə: Siyasət
XİN Nikol Paşinyana Hüseyn Cavidin şeiri ilə cavab verib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkə parlamentində söylədiklərinə cavab verib.

Nazirliyin Mətbuat xidməti idarəsindən bildirilib ki, aprelin 14-də Ermənistan parlamentində çıxış edən N. Paşinyan növbəti sərsəmləmələri ilə diqqət çəkməyə çalışıb.

"Nikol Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil. Ağır məğlubiyyətdən nəticə çıxarmayan Baş nazir Paşinyana elə onun istinad etdiyi şeir dili ilə izah etmək istərdik. Hüseyn Cavidin dediyi kimi:

"Yurdumuzu çiynəyən

Sayğısız hər kim olsa.

İnan ki, çox sürmədən,

Diz çökəcək qarşıda", - Azərbaycan XİN-dən bildirilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}