Matviyenko: “Yaxın vaxtlarda 100 min dozadan çox peyvənd Azərbaycana göndəriləcək”
Tarix: 16-04-2021 13:24 | Bölmə: Siyasət
Matviyenko: “Yaxın vaxtlarda 100 min dozadan çox peyvənd Azərbaycana göndəriləcək”

Rusiyanın Sankt-Peterburq şəhərində Milli Məclisinin sədri Sahibə Qafarova ilə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko arasında görüş keçirilib.

Görüş MDB Parlamentlərarası Assambleyasının (PA) yaz sessiyası çərçivəsində baş tutub.

V. Matviyenko bildirib ki, yaxın vaxtlarda COVID-19 əleyhinə 100 min dozadan çox “Sputnik V” peyvəndi Bakıya göndəriləcək.

O, koronavirusa qarşı Rusiya peyvəndinin Azərbaycanda istehsalı məsələsinə baxıldığını da qeyd edib.

“Bilirəm ki, aprel-may aylarında 100 min dozadan çox “Sputnik V” peyvəndinin göndərilməsi ilə bağlı razılıq əldə olunub. Yaxşı anlayırıq ki, pandemiyanı saxlamağın real yolu kütləvi vaksinasiyadır. Təkcə vaksin göndərməyə hazır deyilik, həm də bildiyim qədər Azərbaycanda vaksinin istehsalı məsələsinə də baxılır”, - deyə V. Matviyenko vurğulayıb/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}