Qulam İshaqzai: "BMT azərbaycanlı məcburi köçkünlərin evlərinə qayıtmalarına kömək etməyə hazırdır"
Tarix: 20-04-2021 10:35 | Bölmə: Siyasət
Qulam İshaqzai: "BMT azərbaycanlı məcburi köçkünlərin evlərinə qayıtmalarına kömək etməyə hazırdır"

"Azərbaycanın öz gələcəyini yenidən müəyyən etdiyi bir dövrdə BMT-nin ölkəni dayanıqlı inkişafa aparan yolda dəstəkləməyə daim hazır olduğunu bir daha vurğulamaq istərdim".

Bu fikirlər BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi Qulam İshaqzainin “Uğurlu milli inkişaf strategiyası dayanaqlılıq prinsiplərinə əsaslanmalıdır” adlı məqaləsində öz əksini tapıb.

O, məqaləsində bildirib ki, BMT-nin çoxsaylı qurumlarının böyük ekspert təcrübəsi milli inkişaf prioritetlərinin yerinə yetirilməsində, həmçinin planın icrası üçün maliyyə analizinin aparılması kimi işlərdə hökumətin səylərini dəstəkləməyə hazırdır:

"Bizim təşkilat strategiyanın icrası üçün milli və yerli səviyyədə müxtəlif tərəflərin effektiv iştirakını təmin edən platforma rolunu da oynaya bilər. Bundan əlavə, BMT Avropa İttifaqı və Dünya Bankı ilə sıx tərəfdaşlıq edərək, çoxlu sayda azərbaycanlı məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə evlərinə qayıtmalarını mümkün edəcək “Bərpa və Sülh quruculuğu İşlərinin Qiymətləndirilməsi”ni (BSİQ) aparmaqla, müvafiq sahələrdə ölkəyə kömək etməyə hazırdır"/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}