14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Sərdar Cəlaloğlu və ailə üzvləri koronavirusa yoluxub
Tarix: 20-04-2021 15:16 | Bölmə: Siyasət
Sərdar Cəlaloğlu və ailə üzvləri koronavirusa yoluxub

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və ailə üzvləri koronavirusa yoluxub. 20 günlük müalicədən sonra vəziyyəti yaxşılaşan partiya sədri hazırda ev şəraitində müalicəsini davam etdirir.

Partiya sədri “AzPolitika.info”-ya açıqlamasında bildirib ki, ailəni məktəbə gedən nəvəsi yoluxdurub.

“Nəvəm məktəbə gedirdi və böyük ehtimalla, bizi Covid-19 infeksiyasına o yoluxdurub. Səhv etmirəmsə, nəvəmin müəlliməsi də xəstə olub. Biz koronavirusa yoluxduqdan sonra təxminən on gün ev şəraitində qaldıq. Sonra vəziyyətimiz ağırlaşdığı üçün Yeni Klinikaya yerləşdirildik”.

S.Cəlaloğlu deyib ki, ailə üzvlərinin hamısının vəziyyəti ağır olub.

Sərdar Cəlaloğlu deyir ki, xəstə olduğu müddətdə özünə qarşı ciddi diqqət hiss edib: “Partiya sədrləri, mətbuat işçiləri, çoxlu sayda insan maraqlandı. Hər birinə təşəkkür edirəm. Eləcə də xəstəxanada yatdığımız zaman çox ciddi qayğı ilə əhatə olunduq, diqqət gördük. Bir neçə dəfə müayinə olunurduq, ən kiçik məsələ olduqda dərhal yardın edilirdi. Mən həm xəstəxanada göstərilən diqqətdən, həm də cəmiyyətimizin nümayiş etdirdiyi münasibətdən kifayət qədər razıyam”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}