Avropa parlamentinin prezidenti: "Heç bir "münaqişə dondurulmuş" qala bilməz"
Tarix: 21-04-2021 12:58 | Bölmə: Siyasət
Avropa parlamentinin prezidenti: "Heç bir "münaqişə dondurulmuş" qala bilməz"

"Ötən il Dağlıq Qarabağda baş verənlər "dondurulmuş" münaqişənin olmadığını bizlərə xatırlatdı. Biz sülhün yaradılması üçün bütün səylərimizi səfərbər etməliyik".

Bu fikirləri Avropa parlamentinin prezidenti David Sassoli Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ötən il Avropa Şurasının iki üzv dövləti arasında müharibə oldu: "Hər iki ölkə böyük itkilərə məruz qaldı. Bu bizə xatırlatdı ki, heç bir "münaqişə dondurulmuş" qala bilməz. Biz bu halların baş verməməsi üçün sülh naminə bütün səylərimizi səfərbər etməliyik"/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}