VHP MSK üzvlüyünə namizədlini müəyyənləşdirib
Tarix: 22-04-2021 13:21 | Bölmə: Siyasət
VHP MSK üzvlüyünə namizədlini müəyyənləşdirib

Milli Məclisdə azlıq təşkil edən siyasi partiyalardan Vətəndaş Həmrəyliyi Partiyasısının (VHP) Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlüyünə namizədi məlum olub.


VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirib ki, Seçki Məcəlləsinin 24-cü maddəsinə əsasən, azlıqda olan partiyalar Milli Məclisə Mərkəzi Seçki Komissiyasının üzvlüyünə namizəd təqdim etməlidirlər.

Bu gün VHP-nın Siyasi Şurasının onlayn toplantısı keçiriləcək və sabah parlamentə VHP-nın namizədi təqdim olunacaq: “Yalnız Almas Əlisultan qızı Qəhrəmanlının VHP-nın MSK üzvlüyünə namizədliyi irəli sürülüb. Yəqin ki, Siyasi Şurada da onun namizədliyi təsdiqlənəcək və sabah partiyanın bu barədə məktubu Milli Məclisə təqdim olunacaq".

Qeyd edək ki, VHP Milli Məclisdə 3 deputat mandatına malikdir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}