XİN: Nazir Baş katiblə Ermənistanla sərhəddəki gərginliyi müzakirə edib
Tarix: 14-05-2021 17:04 | Bölmə: Siyasət
XİN: Nazir Baş katiblə Ermənistanla sərhəddəki gərginliyi müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi Stefano Sannino arasında telefon danışığı olub.

Reyting.az
XİN-ə istinadla xəbər verir ki, tərəflər Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik ilə bağlı fikir mübadiləsi aparıblar.

C.Bayramov bölgədəki cari vəziyyətlə bağlı həmsöhbətinə məlumat verib və Azərbaycanın bölgədəki gərginliyin aradan qaldırılmasına sadiq olduğunu vurğulayıb.

Tərəflər bu kimi gərginliklərin siyasi və diplomatik yolla həllinin vacibliyini qeyd ediblər.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}