20:31 / 15-01-2025
Çimnaz Sultanova vəfat edib
Ermənistanın uşaqlara qarşı terroru ilə bağlı dünya ictimaiyyətinə müraciət edilib
Tarix: 04-07-2021 17:16 | Bölmə: Siyasət
Ermənistanın uşaqlara qarşı terroru ilə bağlı dünya ictimaiyyətinə müraciət edilib

Bu gün azyaşlı Zəhra Elnur qızı Quliyevanın Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya silahlarından atəşə tutularaq qətlə yetirilməsindən 4 il ötür. Cəzasızlıq mühitindən istifadə edən Ermənistan uşaqlara qarşı terror siyasəti sonralar da davam etdirib. Ermənistanın bu siyasəti atəşkəs dövründə və İkinci Qarabağ müharibəsində də uşaqların ölümünə səbəb olub.

Reyting.az
xəbər verir ki, bu fikirlər Azərbaycan Ombudsmanının balaca Zəhranın qətlə yetirilməsinin növbəti ildönümü ilə bağlı dünya ictimaiyyətinə çağırışında yer alıb.

Çağırışda qeyd edilir ki, döyüş bölgəsindən uzaqda yerləşən mülki yaşayış obyektlərinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 12 uşaq həlak olub, 50 uşaq yaralanıb, 4 uşaq hər iki valideynini, bir çox uşaq isə valideynlərindən birini itirib.

Qeyd edək ki, Ombudsman Səbinə Əliyeva belə halların beynəlxalq təşkilatlar tərəfindən qətiyyətlə pislənilməli olduğunu bəyan edib və cinayət törətmiş şəxslərə qarşı konkret hüquqi ölçü götürülməsini dəfələrlə insan hüquqları, o cümlədən uşaq hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların diqqətinə çatdırıb.




Bölməyə aid digər xəbərlər