20:31 / 15-01-2025
Çimnaz Sultanova vəfat edib
Minalanmış digər ərazilərin də xəritələrinin verilməsi müzakirə olunacaq
Tarix: 06-07-2021 17:56 | Bölmə: Siyasət
Minalanmış digər ərazilərin də xəritələrinin verilməsi müzakirə olunacaq

“Sabah Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada Rusiya prezidenti Vladimir Putin ilə görüş keçirəcək. Bu, Nikol Paşinyanın seçkidə yenidən qalib gəlməsindən sonra Moskvaya ilk səfəri olacaq “.

Reyting.az
xəbər verir ki, bunu siyasi ekspert Elman Vəliyev deyib. O bildirib ki, müzakirə predmetinin biri və ən əsası Ermənistan tərəfinin sərhədlərini Rusiya qüvvələrinin müdafiəyə götürməsi olacaq:

“Paşinyan Moskvaya nümayəndə heyəti göndərmişdi. Bu heyət iyunun 26-sı gedib, iyulun 1-i qayıtdı. Moskvada keçirilən iclasda Rusiyanın Ermənistandakı hərbi bazasının fəaliyyəti və funksionallığı üçün Rusiya tərəfinə torpaq sahələrinin və daşınmaz əmlakın verilməsi məsələləri nəzərdən keçirmişdi. 11 Yanvar bəyanatı da masaya qoyulacaq. Nəqliyyat, kommunikasiya sistemlərinin bərpası, Zəngəzur dəhlizi də müzakirələrdə yer alacaq. Ola bilsin ki, görüşdən sonra yenə terrorçuların qarşılığında minalanmış ərazilərin xəritələrinin verilməsi prosesi baş tutsun”.

Ekspert dəhliz məsələsinə də toxunulacağını zənn edir:

“Paşinyan vəziyyəti düzgün qiymətləndirməlidir. Kompromisə getməyə məcburdur. Belə edəcəyini zənn edirəm. Rusiya ən başlıca öz marağını güdür və güdəcək də. Qərb Ermənistan tərəfinə bir xeyli maddi yardım edəcək. Bu, Ermənistanı Qərblə yaxınlaşmağa daha da sövq edir. Putin həm də bu amili də nəzərə alacaq, yəni Paşinyan Qərbə bir xeyli üz tutdu və yenidən qalib gəldi. Amma bu o demək deyil ki, Kremldən üz döndərəcək. Putin ara-sıra ona “qulaqburması” verəcək”.





Bölməyə aid digər xəbərlər