20:31 / 15-01-2025
Çimnaz Sultanova vəfat edib
Fransa səfirliyi: "Bu, etimadı bərpa etməyə kömək etmək üçün yeni bir jestdir"
Tarix: 06-07-2021 17:56 | Bölmə: Siyasət
Fransa səfirliyi: "Bu, etimadı bərpa etməyə kömək etmək üçün yeni bir jestdir"

Fransa 15 erməni məhbusun Azərbaycan tərəfindən sərbəst buraxılmasını və eləcə də Füzuli və Zəngilan rayonlarında minalı ərazilərin xəritələrinin Ermənistan tərəfindən Azərbaycana verilməsini alqışlayır.

Reyting.az
xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, iyunun 11-də baş tutan mübadilədən sonra bu mübadilə gərginliyi azaltmaq və tərəflər arasında etimadı bərpa etməyə kömək etmək üçün yeni bir jestdir:

"Fransa, tərəflərin 10 noyabr 2020-ci il tarixində qəbul etdikləri öhdəliklərin icrasına, o cümlədən əhəmiyyətli bir dialoqun bərpasına və hələ də saxlanılan bütün erməni məhbusların sərbəst buraxılmasına çağırır.

Minsk qrupunun həmsədrliyindəki tərəfdaşları ilə Fransa bu müsbət dinamikanın davam etməsinə çağırır və tərəflərlə birlikdə Qafqazda davamlı sülhün bərqərar olmasına sadiqliyini ifadə edir".




Bölməyə aid digər xəbərlər