20:31 / 15-01-2025
Çimnaz Sultanova vəfat edib
Komissar: "Aİ bölgənin yenidən qurulması üçün hər iki tərəfə yardım etməyə hazırdır"
Tarix: 08-07-2021 17:23 | Bölmə: Siyasət
Komissar: "Aİ bölgənin yenidən qurulması üçün hər iki tərəfə yardım etməyə hazırdır"

"Biz Bakıda Dağlıq Qarabağ münaqişəsindən sonrakı planları müzakirə etdik. Aİ olaraq münaqişənin nəticələrinin aradan qaldırılması üçün dəstəyimizi təklif etdik".

Bunu Bakıda bu gün keçirilmiş mətbuat konfransında Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi deyib.

"Biz hərbçilərin qaytarılmasında və xəritələrin təhvil verilməsində hər iki tərəfin iştirakını görürük. Bu işdə iqtisadi və ya başqa bir yolla yardım etmək üçün hazırıq. Aİ bölgənin yenidən qurulması üçün hər iki tərəfə yardım etməyə hazırdır", - o, əlavə edib.




Bölməyə aid digər xəbərlər