20:31 / 15-01-2025
Çimnaz Sultanova vəfat edib
İki ölkədə növbədənkənar seçki keçirilir
Tarix: 11-07-2021 09:41 | Bölmə: Siyasət
İki ölkədə növbədənkənar seçki keçirilir

Moldovada növbədənkənar parlament seçkiləri keçirilir.

TASS xəbər verir ki, yerli vaxtla saat 7:00-dan səsvermə başlayıb.

Ölkədə 2 min səsvermə məntəqəsi açılıb.

Seçkiləri 2 400-dən yuxarı beynəlxalq müşahidəçi izləyir.

Qeyd edək ki, seçkidə Moldova parlamentinə 101 mandat uğrunda mübarizə gedir.

Bu gün Bolqarıstanda da növbədənkənar parlament seçkiləridir.

Seçkidə 6,7 milyon seçici səs verməlidir.

Buna görə də ölkədə 13 minə yaxın seçki məntəqəsi açılıb.

Seçki saat 7-də başlayıb.

Onu da qeyd edək ki, ölkədə 4 apreldə baş tutan parlament seçkilərinin nəticələrinə əsasən 3 siyasi partiya parlamentdə daha çox yer tutub. Həmin partiyalar hökumət formalaşdıra bilmədikləri üçün ölkə rəhbəri Rumen Radev 11 iyulda parlamentə növbədənkənar parlament seçkilərin keçirilməsi barədə qərar qəbul edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər