20:31 / 15-01-2025
Çimnaz Sultanova vəfat edib
Mer: “Bakı Tbilisinin 21-ci qardaş şəhəri olacaq”
Tarix: 13-07-2021 14:26 | Bölmə: Siyasət
Mer: “Bakı Tbilisinin 21-ci qardaş şəhəri olacaq”

“Bakı və Tbilisi arasında qardaşlaşma haqqında memorandumun imzalanması mühüm əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır”.

Bu fikirləri Tbilisi meri Kaxa Kaladze Bakıya rəsmi səfər öncəsi jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Tbilisinin qardaş şəhərlərinin hazırkı sayı 20 təşkil edir: “Bakı Tbilisinin 21-ci qardaş şəhəri olacaq. Bu, uzun əsrlər boyu Gürcüstan və Azərbaycan arasında mövcud olan münasibətlərin dərinləşdirilməsinə böyük töhfə verəcək, müxtəlif sahələr üzrə əlaqələrimizin daha maraqlı və dostsevər olmasına şərait yaradacaq”.

Qeyd edək ki, Bakı və Tbilisi 1997-ci ildən tərəfdaş şəhərlərdir/Report.




Bölməyə aid digər xəbərlər