14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Dövlət Departamenti: “ABŞ İranla məhbus mübadiləsinə hazırdır”
Tarix: 14-07-2021 12:06 | Bölmə: Siyasət
Dövlət Departamenti: “ABŞ İranla məhbus mübadiləsinə hazırdır”

“ABŞ məhbus vətəndaşlarının sərbəst buraxılması üçün İranla dolayı, lakin aktiv danışıqlar aparır”.

Reyting.az
xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays brifinqdə məlumat verib. "Uzun müddətdir haqsız yerə həbs edilmiş və azadlıqlarından məhrum edilmiş amerikalıların sərbəst buraxılması ilə bağlı dolayı, lakin güclü müzakirələr aparırıq".

Praysın sözlərinə görə, bu məsləhətləşmələr İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına qayıtmaq çərçivəsində aparılan danışıqlardan asılı deyil.

“Müttəfiqlərimizlə işləyirik, İran hökuməti tərəfindən özbaşına və qanunsuz olaraq saxlanılan vətəndaşlar var. İran siyasi təsir gücünə sahib olmaq üçün Amerika vətəndaşlarını əsassız olaraq həbsdə saxlayır”.

Xatırladaq ki, iyulun 13-də hökumət sözçüsü Əli Rəbii və XİN-nin mətbuat katibi Səid Xətibzadə “hamının hamıya” prinsipi ilə məhbusların sərbəst buraxılması barədə ABŞ-la danışıqların getdiyini təsdiqləyiblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}