Arif Hacılı: “Üçtərəfli razılaşmanın Azərbaycana aid əsas müddəaları yerinə yetirilmir”
Tarix: 15-07-2021 17:22 | Bölmə: Siyasət
Arif Hacılı: “Üçtərəfli razılaşmanın Azərbaycana aid əsas müddəaları yerinə yetirilmir”

“Bu gün Şuşa şəhəri ətrafında olan hərbi mövqelərimizin yenidən atəşə tutulması onun göstəricisidir ki, Xankəndidə yerləşən Rusiya hərbi kontingenti atəşkəsə nail olmaq barədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmir və ya bunu istəmir”.

Reyting.az
xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı feysbuk hesabında yazıb.

A. Hacılı qeyd edib ki, Türkiyə-Rusiya Müşahidə Missiyası tamamilə fəaliyyətsizdir.

Onun sözlərinə görə, 10 noyabr razılaşmasından sonra ardıcıl olaraq ifadə etdiyimiz narahatlıqlar, təəssüf ki, doğrulur:

“İndi hər kəsə aydındır ki, üçtərəfli razılaşmanın Azərbaycana aid əsas müddəaları yerinə yetirilmir. Azərbaycan ərazisindən erməni silahlı birləşmələri çıxarılmayıb, Azərbaycan öz dövlət sərhədinin və ərazisinin bir hissəsinə nəzarət edə bilmir, sülhməramlı qüvvələrin nəzarəti altında olan ərazilərə yalnız erməni millətinə mənsub olan sakinlər qaytarılır, davamlı atəşkəsə nail olunmayıb, Zəngəzur dəhlizi açılmayıb, Türkiyə Cümhuriyyətinin nizamlanma prosesində iştirakı sıfırlanıb. Problemin mövcudluğunu inkar etmək, görməzdən gəlmək, problemdən gizlənmək, problemin həlli yolu deyil. Qələbə eyforiyasından ayılıb mövcud vəziyyətin ümummili səviyyədə müzakirə edilməsi, verdiyimiz təkliflər də nəzərə alınmaqla yeni milli hədəflərin müəyyən olunması, bütün fəaliyyətin bu hədəflər uğrunda mübarizəyə yönəldilməsinin zamanı çoxdan çatıb”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}