Qəddafi Nazarbayevdən nüvə silahı almaq istəyib
Tarix: 17-07-2021 12:08 | Bölmə: Siyasət
Qəddafi Nazarbayevdən nüvə silahı almaq istəyib

“Müəmmər Qəddafi SSRİ-dən qalan nüvə silahı üçün mənə 20 milyard dollar təklif etmişdi”.

Reyting.az
xəbər verir ki, bunu Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev bildirib.

Siyasətçi bunu amerikalı rejissor Oliver Stounun onun haqqında bioqrafik sənədli filmi üçün verdiyi müsahibədə deyib.

Nazarbayev Sovet İttifaqının dağılmasından sonra ölkəsinin dünyada dördüncü nüvə arsenalına və o dövrdə müsəlman Qazaxıstanın yeganə nüvə gücü olduğunu qeyd edib.

Nazarbayev əlavə edib ki, Liviya lideri Qəddafi 90-cı illərin əvvəllərində o zamankı Fələstin lideri Yasir Ərəfatı vasitəçi kimi onun yanına göndərib.

Son nəticədə Qazaxıstandan və digər keçmiş sovet respublikalarından nüvə silahları Rusiyaya ixrac edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}