17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Müsavat rəhbərliyi Elçibəyin məzarını ziyarət edib
Tarix: 17-07-2021 12:28 | Bölmə: Siyasət
Müsavat rəhbərliyi Elçibəyin məzarını ziyarət edib

İyulun 16-da Azərbaycan Xalq Cəbhəsinin təsis edilməsindən 32 il ötüb. 1989-cu ilin 16 iyulunda Bakı şəhərində baş tutan gizli iclasda 15 nəfər tərəfindən Azərbaycan Xalq Cəbhəsi qurulub.

Azərbaycan Xalq Cəbhəsi Əbülfəz Elçibəy, İsa Qəmbər, Hikmət Hacızadə, Tofiq Qasımov, Pənah Hüseyn, Zərdüşt Əlizadə, Leyla Yunus, Etibar Məmmədov, Rəhim Qazıyev, Nəcəf Nəcəfov, Yusif Səmədoğlu, Sabit Bağırov, Sülhəddin Əkbər, Ələkrəm Hümbətov və Nemət Pənahlı tərəfindən qurulub.

Dünən bununla əlaqədar Müsavat Partiyasının rəhbərliyi və bir qrup fəalı Fəxri Xiyabanda milli-azadlıq hərəkatının lideri, AXC-nin sədri olmuş mərhum prezident Əbülfəz Elçibəyin məzarını ziyarət edib.

Tədbirdə Müsavat başqanı Arif Hacılı, MSDM-in sədri İsa Qəmbər və Müsavat Məclisinin sədri Nüşabə Sadıxlı çıxış ediblər. Çıxışlarda Azərbaycanın müstəqilliyinin bərpa olunmasında AXC-nin həlledici rolu qeyd edilib, Əbülfəz Elçibəyin vətən və millət qarşısında xidmətlərindən söz açılıb.

“AXC-nin yaranması xalqımızın tarixində mühüm bir hadisə idi. AXC-nin üzvü olmuş hər kəsi, Xalq Hərəkatının iştirakçılarını, bütün Azərbaycan xalqını bu əlamətdar gün münasibəti ilə təbrik edirəm”,- deyə Arif Hacılı cümə günü özünün feysbuk səhifəsində etdiyi paylaşımda qeyd edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}