Yüzlərlə jurnalist, siyasətçi, biznesmen və diplomatın telefonu dinlənilib
Tarix: 19-07-2021 14:45 | Bölmə: Siyasət
Yüzlərlə jurnalist, siyasətçi, biznesmen və diplomatın telefonu dinlənilib

Terrorçu və cinayətkarları izləmək üçün hazırlanan proqram jurnalistlərə, insan haqları müdafiəçilərinə, siyasətçilərə və biznesmenlərə məxsus smartfonları qırmaq üçün istifadə edilib.

Reyting.az
xəbər verir ki, bu barədə “Vaşinqton Post”, “Quardian”, “Le Monde” və daha 14 media təşkilatı tərəfindən yayımlanan birgə araşdırmada bildirilib.

Araşdırmada qeyd edilir ki, Qadağan Hekayələr və Beynəlxalq Əfv Təşkilatı 2016-cı ildə potensial nəzarət üçün NSO qrupu tərəfindən seçilən 50 min nömrə siyahısına daxil ola bilib. Bu zaman kral ailəsinin bir neçə üzvünün, ən azı 65 biznesmenin, 85 insan haqları fəalının, 189 jurnalistin və diplomatların, hərbi və təhlükəsizlik əməkdaşları da daxil olmaqla 600-dən çox siyasətçi və dövlət məmurunun telefon nömrələri ortaya çıxıb. Siyahıya bir neçə dövlət başçısı və baş nazirin nömrələri də var.

Siyahıda CNN, “Bloomberq” agentliklərinin, “Vall Strett Journal”, “Nyu-York Times”, “Le Monde” qəzetlərinin və bir sıra digər nəşrlərin əməkdaşlarının mobil nömrələri də sadalanır.

Amma siyahıda olan bu nömrələrin hansının izlənildiyi göstərilməyib. Buna paralel olaraq proqramın hücuma məruz qalan 67 ağıllı telefon yoxlanılıb. Bu zaman onlardan 23-nün casus proqramına yoluxduğu, 14-nə haker müdaxiləsi cəhdi təsbit olunub.

NSO-nun baş icraçı direktoru Şalev Julio deyib ki, bəzi hallarda müştərilər sistemdən sui-istifadə edə bilər. Onun sözlərinə görə, bu məlum olarsa şirkət onların girişlərini bloklayacaq. Araşdırmaya görə, 40 ölkədə kəşfiyyat, hərbi və hüquq-mühafizə orqanları bu proqramlarla işləyir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}