Ceyhun Bayramov Pakistana başsağlığı verdi: "Bu xəbər bizi dərindən kədərləndirdi"
Tarix: 19-07-2021 17:09 | Bölmə: Siyasət
Ceyhun Bayramov Pakistana başsağlığı verdi: "Bu xəbər bizi dərindən kədərləndirdi"

Xarici işlər naziri Ceyhun Bayramov Pakistanda avtobusla yük maşınının toqquşması nəticəsində ölənlərin ailələrinə başsağlığı verib.

Reyting.az
xəbər verir ki, nazir bu barədə “Twitter” hesabında paylaşım edib:

“Pəncab əyalətindəki dəhşətli avtobus qəzası xəbəri bizi dərindən kədərləndirdi. Qəzada ölənlərə allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa tapmalarını arzulayırıq. Ölənlərin ailələrinə, qardaş Pakistan xalqına başsağlığı veririk”.

Xatırladaq ki, bu gün səhər Pəncab əyalətində magistral yolda sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 30 nəfər ölüb, 74 nəfər isə xəsarət alıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}