Politoloq: “Paşinyan başqa hoqqa çıxarmasa…”
Tarix: 23-07-2021 16:55 | Bölmə: Siyasət
Politoloq: “Paşinyan başqa hoqqa çıxarmasa…”

“Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə Kremldə görüşdükdən sonra balans saxlamaq xatirinə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla telefonla danışıb”.

Reyting.az
xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, yayılan xəbərlərdə tərəflərin regiondakı vəziyyəti, 2020-ci il noyabrın 9-da və 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli razılaşmaların icrasını, o cümlədən kommunikasiyaların açılmasını və digər məsələləri müzakirə etdikləri bildirilir:

“Nikol Paşinyan Putinlə telefon söhbətindən əvvəl gün ərzində hökumətin iclasını keçirib və deyib ki, Azərbaycanla sülh danışıqlarına başlamağa hazırdır. “Sülh və sabitliyin alternativi yoxdur. Ermənistan hökuməti ölkəmiz və bölgə üçün dinc inkişaf dövrü başlatmaq vəzifəsini yerinə yetirməkdə qərarlıdır”, - deyə, Nikol Paşinyan qeyd edib”.

Politoloq bildirib ki, Paşinyan başqa hoqqa çıxarmasa, hökumətini formalaşdırdıqdan sonra dediyini etməlidir, əks halda bölgədə vəziyyət sabitləşməyəcək və Azərbaycan Ermənistanı psixoloji və hərbi təzyiq altında saxlamaqda davam edəcək: “Daşkəsəndə AzTV-yə müsahibə verən prezident İlham Əliyev Azərbaycanın müəyyən qədər Ermənistanın siyasi gündəminə təsir etdiyini bildirib. Zəngəzur dəhlizi mövzusunun gündəmdə qalması da bunun tərkib hissəsidir”.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}