Dövlət Departamenti Kəlbəcərdəki atışma ilə bağlı bəyanat yayıb
Tarix: 29-07-2021 10:21 | Bölmə: Siyasət
Dövlət Departamenti Kəlbəcərdəki atışma ilə bağlı bəyanat yayıb

ABŞ Dövlət Departamentinin Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər rayonu istiqamətində baş verən toqquşmanı pisləyən bəyanatı yayılıb.

Bəyanatda tərəflər atəşkəs rejiminə riayət etməyə çağrılır: “Münaqişənin uzunmüddətli siyasi həlli üçün tərəfləri ATƏT-in Minsk qrupu çərçivəsində danışıqları bərpa etməyə çağırırıq”.

Bəyanat Dövlət Departamentinin rəsmisi Ned Prays tərəfindən verilib.

Qeyd edək ki, ötən gün Kəlbəcər istiqamətində erməni təxribatı nəticəsində azı 3 erməni hərbçisi ölüb, 5 nəfər yaralanıb. Azərbaycan tərəfindən isə 2 hərbçi xəsarət alıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}