Ərdoğanın baş müşaviri: “Rusiya narahat olmasın”
Tarix: 29-07-2021 10:34 | Bölmə: Siyasət
Ərdoğanın baş müşaviri: “Rusiya narahat olmasın”

“Rusiya Türkiyədən Ukraynaya silah tədarükü ilə bağlı narahatlıq keçirməməlidir”.

Reyting.az
xəbər verir ki, bunu “RİA Novosti”yə müsahibəsində Türkiyə prezidentinin baş müşaviri Mücahit Küçükilmaz deyib.

"Türkiyə, bir ölkə ilə əlaqələr qurmaqla, başqa bir ölkə ilə əlaqələrdə problem yaratmaz. Biz almaları armuddan ayırırıq. Türkiyə eyni zamanda fərqli ölkələrlə çoxölçülü təmasları və əlaqələri davam etdirmək qabiliyyətinə və diplomatik qabiliyyətə malikdir. Ehtiyaclarımıza və maraqlarımıza uyğun olaraq müxtəlif ölkələrlə əlaqələri davam etdirəcəyik. Bu baxımdan müttəfiqlərimiz, dostlarımız və əməkdaşlıq etdiyimiz şəxslər narahat olmamalıdır", - deyə M. Küçükilmaz əlavə edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}