Peskov: "Kreml Ermənistan-Azərbaycan sərhədindəki gərginliyin fərqindədir"
Tarix: 29-07-2021 14:23 | Bölmə: Siyasət
Peskov: "Kreml Ermənistan-Azərbaycan sərhədindəki gərginliyin fərqindədir"

"Kreml Ermənistan-Azərbaycan sərhədindəki gərginliyin fərqindədir və tərəflərlə işləyir."

"RİA Novosti"nin verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Dünən Ermənistan-Azərbaycan sərhədində gərginlik yaşandığını bilirik. Və bilirsiniz ki, Rusiya nümayəndələri atəşkəsin bərpası üçün çox səy göstəriblər. Bu istiqamətdə iş davam edir", - Dmitri Peskov deyib.

O əlavə edib ki, Rusiya üçtərəfli sazişlərin tam icrasını təmin etmək üçün İrəvan və Bakı ilə təmaslarını davam etdirir.

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Rusiya hərbçilərinin Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilməsi təklifi ilə bağlı jurnalistlərin sualına cavab olaraq Dmitri Peskov bildirib ki, İrəvanla təmaslar davam edir.

"Başqa əlavə edəcəyim bir şey yoxdur", -deyə o, bildirib/APA




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}