Kreml ortaq türk ordusu təklifinə münasibət bildirib
Tarix: 29-07-2021 15:23 | Bölmə: Siyasət
Kreml ortaq türk ordusu təklifinə münasibət bildirib

«Kreml Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafının bölgədəki sabitlik hesabına olmayacağını ümid edir».

Reyting.az
«RİA Novosti»yə istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kremlin belə bir layihəyə necə baxdığını və bunun Rusiyanı və müttəfiqlərini potensial olaraq təhdid edə biləcəyini düşünüb-düşünmədikləri ilə bağlı jurnalistlərin sualına Peskov belə cavab verib: “Təbii ki, Azərbaycan və Türkiyə ikitərəfli əlaqələri inkişaf etdirir. Həm də bu, suveren bir məsələdir. Bunun bölgədəki sabitlik və proqnozlaşdırıla bilən atmosferə zərər verməməsi vacibdir. Bu baxımdan, həm türk, həm də azərbaycanlı tərəfdaşlarımızla müntəzəm təmaslarımız var".

Mətbuat katibinin sözlərinə görə, Kreml Türkiyə prezidenti və ya Azərbaycan prezidentinin bununla bağlı hansısa açıqlamasından xəbərsizdir.

Xatırladaq ki, Türkiyə parlamentinin rəhbəri Mustafa Şentop Türkiyə ilə Azərbaycanın ortaq türk ordusu yaratmaq üçün danışıqlar apardığını bildirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}