11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Minsk Qrupunun həmsədri dəyişib - Foto
Tarix: 29-07-2021 23:16 | Bölmə: Siyasət
Minsk Qrupunun həmsədri dəyişib

ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri dəyişib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, İqor Anatoliyeviç Xovayev Rusiyadan olan həmsədr təyin olunub. O, bu vəzifədə İqor Valentinoviç Popovu əvəz edib.

Fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsində olan 59 yaşlı İqor Xovayev 2015-2020-ci illərdə Rusiya Federasiyasının Filippindəki səfiri vəzifəsində çalışıb.


İ. Xovayev

Qeyd edək ki, İqor Popov 2010-cu ildən Rusiyanın Minsk Qrupundakı həmsədri olub.

Xatırladaq ki, bu gün ATƏT-in Minsk Qrupu bu gün Ermənistan Azərbaycan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb.

Bəyanat Fransa - Stefani Viskonti, ABŞ - Endryu Şofer və Rusiyadan olan həmsədr İqor Xovayevin adından yayılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}