Deputatın polisi döydüyü təsdiqlənib - DİN Baş Prokurorluğa müraciət edib
Tarix: 30-07-2021 11:10 | Bölmə: Siyasət
Deputatın polisi döydüyü təsdiqlənib - DİN Baş Prokurorluğa müraciət edib

Xaçmaz rayonunda deputat Eldəniz Səlimovun sərxoş vəziyyətdə Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Zaur Cavanşir oğlu Mirzəyevi döyərək ona xəsarət yetirməsi ilə bağlı yayılan məlumatlar rəsmi təsdiqini tapıb.

Reyting.az
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin ( DİN) mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib. DİN rəsmisi deputatın karantin qaydalarını pozduğunu deyib.

Onun sözlərinə görə, insident gecə saat 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində, deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində qeydə alınıb: "Eldəniz Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə tərəfimizdən araşdırma aparılıb və materiallar araşdırılması üçün Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərilib”.

Xatırladaq ki, dünən yayılan məlumatlarda deputat E. Səlimovun sərxoş halda polis əməkdaşı Z. Mirzəyevi döyərək ona xəsarət yetirdiyi bildirilirdi.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}