14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Azərbaycana qarşı növbəti əsassız ittihamlar səsləndirilib
Tarix: 31-07-2021 12:27 | Bölmə: Siyasət
Azərbaycana qarşı növbəti əsassız ittihamlar səsləndirilib

Ermənistan Xarici İşlər Nazirliyinin 30 iyul 2021-ci il tarixli açıqlaması Azərbaycana qarşı növbəti cəfəng və yalan ittihamları əks etdirir.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

L. Abdullayevanın sözlərinə görə, 30 ilə yaxın Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirən Ermənistan bu gün də beynəlxalq hüquqa zidd mövqe nümayiş etdirir, iki dövlətin sərhədinin delimitasiyası prosesinə “yox” deyir, üçtərəfli bəyanatların icrasına mane olur:

“Deeskalasiya istəyən ölkə nədən sərhəd boyu Azərbaycan mövqelərini davamlı atəşə tutur? Niyə sərhəd məsələsinin dialoq yolu ilə həlli çağırışlarına qarşılıq vermir?! Cavabı bizə bəllidir, çünki Ermənistan Azərbaycana qarşı hələ də ərazi iddiaları ilə çıxış edir, Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdiyini qəbul etmək istəmir”.

Azərbaycan XİN Ermənistan tərəfinin diqqətinə çatdırır ki, bölgədə sülhün təmin olunması ölkələrin suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığı prinsiplərinə riayət olunması əsasında həyata keçirilə bilər. “Dayanıqlı sülh yalnız beynəlxalq hüquqa hörmət əsasında təmin oluna bilər. Azərbaycan artıq 30 ildir ki, bu mövqeyi bəyan edir və onu rəhbər tutur”, - L. Abdullayeva bildirib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}