Qorbaçov Qarabağ münaqişəsindən yazdı: “Düşünürdüm ki, Qarabağın statusu...”
Tarix: 02-08-2021 16:48 | Bölmə: Siyasət
Qorbaçov Qarabağ münaqişəsindən yazdı: “Düşünürdüm ki, Qarabağın statusu...”

“Düşünürdüm ki, Qarabağın statusu ilə bağlı razılığa gəlmək ermənilərin və azərbaycanlıların işidir”.

Reyting.az
xəbər verir ki, bunu "Rossiya v Qlobalnoy Politike” jurnalı üçün məqaləsində keçmiş SSRİ Prezidenti Mixail Qorbaçov yazıb.

O qeyd edib: “1988-ci ilin əvvəlində Dağlıq Qarabağ problemi daha da ağırlaşdı. Münaqişə böyük tarixə sahib idi, o vaxt münaqişənin sadə bir həlli yox idi və indi də yoxdur, baxmayaraq ki, məni sərhədləri yenidən çəkməklə həllin əldə edilə biləcəyinə inandırmağa çalışırdılar. Ölkə rəhbərliyində yekdil fikir var idi: bu qəbuledilməzdir.

Mən hesab edirdim ki, Dağlıq Qarabağın statusu ilə bağlı razılığa gəlmək ermənilərin və azərbaycanlıların işidir və İttifaq mərkəzinin rolu onlara vəziyyətin normallaşmasında, xüsusən də iqtisadi problemlərin həllində kömək etməkdir. Əminəm ki, bu düzgün xətt idi.

Amma nə partiya, nə partiya strukturları, nə də ziyalılar razılaşma və ya hətta dialoqa yol tapa bilmədilər. Və onları ekstremistlər arxa plana keçirdilər. Hadisələr çovğun kimi böyüdü. 1988-ci ilin fevral ayının sonunda Sumqayıt şəhərində qan töküldü. Qırğını dayandırmaq üçün qoşunların cəlb edilməsi lazım idi.

Bu dövrdə, 1987-1988-ci illərdə millətlərarası mübahisələrə vahid demokratik yanaşma inkişaf etdirməyə çalışdım. Onun mahiyyəti bundan ibarət idi ki, milli problemlər yalnız siyasi və iqtisadi islahatların ümumi kontekstində həll oluna bilər. Və deməliyəm ki, əvvəlcə Baltikyanı respublikalarda, Moldovada, Gürcüstanda, Ukraynada milli hərəkatlar yenidənqurmaya dəstək şüarları altında hərəkət etdilər. Demək olar ki, heç kim 1987-ci ildə İttifaqdan çıxmaq məsələsini qaldırmamışdı. Lakin tezliklə separatçı meyllər milli hərəkatlarda üstünlük əldə etməyə başladı. Respublikaların partiya strukturları isə demokratiya şəraitində necə çalışacaqlarını bilmirdilər. Özlərni itirdilər. Bu, Gürcüstanda özünü göstərdi, 1989-cu ilin aprelində insanlar Tbilisi küçələrinə və meydanlarına çıxdılar. Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri də xalqın yanına getməli idilər, lakin bunkerdə oturmağı üstün tutdular. Və problem yarandı: ərazini nümayişçilərdən "təmizləmək" üçün güc tətbiq edildi, 21 nəfər öldü, onlarla insan yaralandı.

Bunu xatırlamaq çətindir. Ancaq təmiz vicdanla deyə bilərəm: Tbilisidəki mitinqi dağıtmaq qərarı mənim iradəm əleyhinə arxamca verildi".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}