17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
2021-ci ilin ötən dövründə 78 nəfər mina və hərbi sursatlardan zərər çəkib
Tarix: 03-08-2021 14:37 | Bölmə: Siyasət
2021-ci ilin ötən dövründə 78 nəfər mina və hərbi sursatlardan zərər çəkib

Azərbaycan Respublikası ərazisində minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən insanların vahid Məlumat Bazasının yaradlıması və onların problemlərinin öyrənilərək həll olunması sahəsində mütəmadi fəaliyyət davam etdirilir.

Bu barədə Reyting.az-a “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyindən məlumat verilib.

Bildirilir ki, təşkilat tərəfindən rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2021-ci ilin iyul ayında 6 hadisə nəticəsində 8 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb. Nəticədə iki mülki şəxs həlak olub, altı mülki şəxs yaralanıb. Bir nəfər kasetli silahın partlaması nəticəsində yaralanıb.

Minalar Əleyhinə Azərbaycan Kampaniya xatırladır ki, 2021-ci ilin iyul ayında minalarla bağlı hadisələr Füzuli, Göygöl, Xocalı və Cəbrayıl rayonları ərazisində baş verib:

“Ümumilikdə 2021-ci ilin ötən dövründə Azərbaycan Respublikasının 78 vətəndaşının minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb.

Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmış ərazisində yerləşən Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin verdiyi məlumata görə, 12 iyul 2021-ci ildə bir nəfər Ermənistan vətəndaşı Füzuli rayonu ərazisində özlərinin basdırdığı minanın partlayışına məruz qalıb. Azərbaycan tərəfinin müvafiq strukturları lazımi yardımı göstərdikdən sonra həmin şəxs təxliyyə edilib”.

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi əhaliyə növbəti müraciətində bir daha xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər, səfər zamanı isə partlamamış hərbi sursatlara toxunmasınlar.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}