20:31 / 15-01-2025
Çimnaz Sultanova vəfat edib
DİN deputatın oğlu ilə bağlı məsələni nəzarətə götürüb
Tarix: 08-08-2021 00:29 | Bölmə: Siyasət
DİN deputatın oğlu ilə bağlı məsələni nəzarətə götürüb

Milli Məclisin üzvü, Vəhdət Partiyasının sədri Tahir Kərimli orduda xidmət edən oğlunun təhlükəsizliyindən narahat olduğunu bildirib.

Reyting.az-ın məlumatına görə, Tahir Kərimli “Reaksiya TV”yə müsahibədə deyib ki, Milli Məclisdəki məlum çıxışından sonra həmkarları onunla hətta eyni liftə belə minmirlər, onu övladlarının toyuna dəvət etməyiblər.

DİN-nin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Tahir Kərimlinin oğlunun təhlükəsizlik məsələsi ilə bağlı səsləndiriyi fikirlər öyrənilir və məsələ nəzarətdə saxlanılır: “Millət vəkili özü bu barədə Daxili İşlər Nazirliyinə müraciət etməsə də, onunla əlaqə saxlanılıb və deputatı narahat edən məsələlərə aydınlıq gətiriləcək. Hər bir vətəndaşın təhlükəsizliyi, təhlükəsiz şəraitdə yaşaması və fəaliyyət göstərməsinin təmin olunması polisin başlıca vəzifəsidir”.

Qeyd edək ki, daha əvvəl T. Kərimlinin Milli Məclisin plenar iclasında keçmiş həmkarı Eldəniz Səlimovun müdafiəsinə qalxaraq, “polisin yiyəsi var, ancaq deputatın yiyəsi yoxdur”,- deməsi müzakirələrə səbəb olmuşdu.




Bölməyə aid digər xəbərlər