Ombudsman: "Deputat Eldəniz Səlimovla bağlı bizə müraciət daxil olmayıb”
Tarix: 12-08-2021 17:20 | Bölmə: Siyasət
Ombudsman: "Deputat Eldəniz Səlimovla bağlı bizə müraciət daxil olmayıb”

“Hazırda həbsdə olan deputat Eldəniz Səlimovla bağlı Ombudsmanın ünvanına hər hansı müraciət daxil olmayıb”.

Reyting.az xəbər verir ki, bu barədə Modern.az-a Ombudsman Aparatından məlumat verilib.

"Bildirmək istərdik ki, Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində başçəkmələr vaxtı açıqlanmadan, yəni əvvəlcədən xəbərdarlıq olunmadan həyata keçirilir. Saxlanılan şəxslər müəssisədə başçəkmə keçirildiyi zaman qəbul olunurlar. Eləcə də, müraciət olunduğu təqdirdə də saxlanılan şəxslər tərəfimizdən qəbul edilir", - məlumatda bildirilib.

Qeyd edək ki, iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Milli Məclisin avqustun 3-də keçirilən növbədənkənar sessiyasının iclasında E.Səlimovun deputat toxunulmazlığına xitam verilib. Həmin gün Binəqədi Rayon Məhkəməsi onun barəsində 3 ay həbs qətimkan tədbiri seçib.

Böyük qalmaqalla gündəmə gələn Eldəniz Səlimov hazırda Kürdəxanı İstintaq Təcridxanasında saxlanılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}