İsfəndiyar Vahabzadənin Rusiyaya girişi qadağan edilib - 50 il müddətinə
Tarix: 13-08-2021 00:14 | Bölmə: Siyasət
İsfəndiyar Vahabzadənin Rusiyaya girişi qadağan edilib

Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi Azərbaycanın Belarus, Moldova və Pakistandakı sabiq səfiri İsfəndiyar Bəxtiyar oğlu Vahabzadənin bu ölkənin ərazisinə 50 illik müddətinə girişinə qadağa qoyub. Qərarın qəbuluna səbəb İsfəndiyar Vahabzadənin Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskiyə cavabında ruslar haqqında işlətdiyi ifadələrdir.

Reyting.az
TASS-a istinadla xəbər verir ki, məlumatı Rusiyanın Daxili İşlər Nazirliyinin mətbuat mərkəzi yayıb.

Bildirilir ki, Qazaxıstan Respublikasının vətəndaşı Kuat Əhmədova və Azərbaycan Respublikasının vətəndaşı İsfəndiyar Vahabzadəyə internet şəbəkəsində millətlərarası ədavəti qızışdıran fikirlər səsləndirdiklərinə görə Rusiya Federasiyasına 50 il müddətinə girişinə icazə verilməməsi haqqında qərarlar qəbul edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}