Arif Hacılı Müsavat-AXCP münasibətlərini yenidən gərginləşdirib
Tarix: 13-08-2021 12:07 | Bölmə: Siyasət
Arif Hacılı Müsavat-AXCP münasibətlərini yenidən gərginləşdirib

Müsavat Partiyasının başqanı Arif Hacılının bir facebook statusuna münasibəti müxalifət düşərgəsində birmənalı qarşılanmayıb.

Reyting.az
konkret.az-a istinadla xəbər verir ki, söhbət Gültəkin Hacıbəylinin Kəramət Böyükçöl tərəfindən küçə sözləri ilə təhqir olunan yazısından gedir.

Qeyd edək ki, Kəramət Böyükçölün onun müsahibə təklifini rədd edən Gültəkin Hacıbəyli haqqında təhqiramiz ifadələri sosial şəbəkələrdə də geniş müzakirə olunur.

Həmin müzakirələrdə təhqir, söyüş hər zaman qınanılan, bəyənilməyən bir məsələ kimi qiymətləndirilib. Xüsusilə də, siyasətdə, sosial şəbəkələrdə, ictimai platformalarda təhqir, söyüş qəbuledilməz hal kimi səciyyələndirilib.

Amma buna baxmayaraq, Gültəkin Hacıbəyli haqqında sosial şəbəkədə yazılan təhqiri Müsavat Partiyasının başqanı Arif Hacılı bəyənib.

Görəsən, Arif Hacılının belə bir addım atması nə ilə əlaqədardır? Bəlkə, Arif Hacılı bu yolla AXCP-yə, Əli Kərimliyə gözdağı verir? Yaxud, Arif Hacılı bu bəyənmə ilə Gültəkin Hacıbəylinin satqınlığına, xəyanətinə işarə edir? Yoxsa, Arif Hacılı bu seçimi ilə Müsavatın söyüşə, təhqirə dəstək verdiyini nümayiş etdirir? Hər halda yəqin ki, Arif Hacılı bu addımını əsaslandıracaq açıqlama ilə çıxış edəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}