Bayden "Taliban"ı hərbi güclə hədələyir: "İstənilən addıma sürətli cavab veriləcək"
Tarix: 15-08-2021 00:36 | Bölmə: Siyasət
Bayden "Taliban"ı hərbi güclə hədələyir: "İstənilən addıma sürətli cavab veriləcək"

ABŞ Əfqanıstandakı diplomatik missiyasının əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün bu ölkəyə 5 min hərbçi göndərib.

Bu barədə ABŞ rəhbəri Cozef Bayden bildirib.

O, qeyd edib ki, Əfqanıstana 5 min hərbçinin göndərilməsi barədə sanksiya verib.

Birləşmiş Ştatların rəhbəri eyni zamanda “Taliban”ı hədələyib. Ağ Ev rəhbəri qeyd edib ki, ABŞ Əfqanıstandakı diplomatik heyətini təhlükə altına qoyan istənilən addıma hərbi əməliyyatla cavab verəcək.

Qeyd edək ki, ABŞ Əfqanıstdakı diplomatik missiyasının əməkdaşlarını ölkədən təxliyyə edir. Buna səbəb “Taliban”ın Əfqanıstanın şəhərlərinin əksəriyyətini ələ keçirməsidir.

"Əfqanıstanın ərazisində onlar tərəfindən ABŞ-ın personalını və ya bizim missiyamızı təhlükə altına qoyacaq istənilən hərəkətlər ABŞ-ın sürətli və qətiyyətli hərbi cavabı ilə qarşılanacaq, - Baydenin bəyanatında deyilir.

ABŞ prezidenti qeyd edib ki, “taliblər”in nümayəndələrinə bu barədə Dohadakı danışıqlarda bildirilib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}