Tacikistana qaçan Əfqanıstan prezidenti: "Düzgün qərar verdim"
Tarix: 15-08-2021 23:33 | Bölmə: Siyasət
Tacikistana qaçan Əfqanıstan prezidenti: "Düzgün qərar verdim"

Bu gün ölkəsindən Tacikistana qaçan Əfqanıstan prezidenti Əşrəf Qani ilk açıqlama verib.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, Əşrəf Qani "Feysbuk"dakı hesabında qaçmasına və istefasına haqq qazandırıb:

"Düzgün qərar qəbul etdim. “Taliban” məni hakimiyyətdən devirmək üçün Kabilə və onun sakinlərinə qarşı qanlı hücum etməyə hazır olduğunu açıq şəkildə bəyan etdi. Qan tökülməsinin qarşısını almaq üçün vəzifəmdən istefa vermək qərarına gəldim”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}