“Taliban” Orta Asiya və Rusiya üçün ciddi problem yaradacaq
Tarix: 16-08-2021 12:21 | Bölmə: Siyasət
“Taliban” Orta Asiya və Rusiya üçün ciddi problem yaradacaq

Əfqanıstanı tam nəzarətə götürən və hakimiyyəti devirən “Taliban” hərəkatının növbəti hədəfi Orta Asiya olacaq. Reyting.az xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti, Ukrayna İslahatlar üzrə İcraiyyə Komitəsinin rəhbəri Mixail Saakaşvili “Facebook” səhifəsində yazıb.

Sabiq prezident Əfqanıstanda baş verənlərə münasibətində qeyd edib ki, "Taliban" yaraqlıları Əfqanıstanda hakimiyyəti ələ keçirəndən sonra da dayanmayacaqlar.

Saakaşvili yazıb ki, demək olar, bütün Orta Asiya ölkələrində devrilə biləcək rejimlər mövcuddur. Onun sözlərinə görə, Rusiya üçün isə cənubdan İslamın böyük hücumu ilə əlaqədar çox “isti” dövr başlayır.

"10 il əvvəl demişdim ki, amerikalılar Əfqanıstanı tərk edən kimi hökumətin süqutu və taliblərin tam qələbəsi maksimum bir neçə ay çəkəcək. Təəssüf ki, haqlı çıxdım”, - Saakaşvili əlavə edib.

Onun fikrincə, bu hadisələr, ABŞ tərəfindən silahlandırılan və təlim keçmiş Əfqanıstan ordusunun "Taliban"a qarşı "müqavimət ruhuna malik olmadığını" göstərir.

Saakaşvili diqqətə çatdırıb ki, Əfqanıstan bütün xalqlar üçün dərsdir: “Yalnız döyüşməyə iradəniz olsa, amerikalılar sizə kömək edə bilər".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}