Hərbi təyyarələrimiz döyüş uçuşlarına başlayıb - Video
Tarix: 17-08-2021 15:17 | Bölmə: Siyasət
Hərbi təyyarələrimiz döyüş uçuşlarına başlayıb

Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri hazırlıq planına uyğun olaraq təlim-məşq uçuşlarına başlayıb.

Müdafiə Nazirliyindən Reyting.az-a verilən məlumata görə, aviasiya vasitələri müəyyən edilmiş uçuşları yerinə yetirirlər.

Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlərdə hərbi pilotlar tapşırıqları gecə və gündüz vaxtı icra edir.

Ssenariyə əsasən təlimə cəlb olunan hərbi pilotlar tərəfindən qalxma və enmə, şərti hava və yer hədəfinin məhvi, kiçik və orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra olunur.

Təlim-məşqlərində hava kəşfiyyatı aparılmaqla şərti düşmənin yerüstü hədəflərinin koordinatları təyin edilir.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}