Lavrov: “Rusiya “Taliban”ı tanımağa tələsmir”
Tarix: 17-08-2021 17:34 | Bölmə: Siyasət
Lavrov: “Rusiya “Taliban”ı tanımağa tələsmir”

“Rusiya Əfqanıstanda “Taliban”ın hakimiyyətini tanımağa tələsmir”.

Reyting.az
TASS-a istinadla xəbər verir ki, bunu jurnalistlərə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Lavrov əlavə edib: "Bütün digər ölkələr kimi yeni rejimi tanınmağa tələsmirik. Dünən Çin Xalq Respublikasının xarici işlər naziri Vanq İ ilə danışdım. Eyni mövqelərdəyik".

Nazir eyni zamanda, Rusiyanın Əfqanıstanda vəziyyətin inkişafı ilə bağlı “Taliban” tərəfindən müsbət siqnallar aldığını diqqət çəkib. "Digər siyasi qüvvələrin iştirakı ilə hökumət qurmaq istədiklərini bildirən, təhsillə, qızların təhsili ilə və ümumiyyətlə, dövlət aparatının işləməsini davam etdirməyə hazır olduqlarını bildirən “Taliban”dan cəsarətləndirici siqnallar görürük. Xüsusən əvvəlki prezident Əşrəf Qəninin hökumətində işləyən məmurların yolunu bağlamadan”.

XİN rəhbərininn sözlərinə görə, Rusiya “Taliban” hərəkatının Əfqanıstanın siyasi qüvvələrinin liderləri ilə dialoqunun ölkədə hakimiyyətin inklüziv keçid strukturlarının formalaşması ilə sona çatacağına ümid edir. "Hazırda bir “Taliban” nümayəndəsi ilə söhbət gedir. Çox ümid edirəm ki, həmin söhbət əfqanların dedikləri kimi, keçid strukturlarını əhatə edən bu əzabkeş ölkədə vəziyyətin tam normallaşması yolunda atılan əhəmiyyətli bir razılaşma ilə sona çatacaq".

Lavrov əlavə edib: "Əfqanıstanda bütün siyasi və etno-konfessional qüvvələrin iştirakı ilə əhatəli milli dialoqun başlamasını dəstəkləyirik".

Nazirin sözlərinə görə, vəziyyət sabitdir və “Taliban” bütövlükdə asayişi və əmin-amanlığı effektiv şəkildə təmin edir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}