Qarabağ üzrə üçtərəfli İşçi Qrupun fəaliyyəti bərpa edilib
Tarix: 17-08-2021 23:15 | Bölmə: Siyasət
Qarabağ üzrə üçtərəfli İşçi Qrupun fəaliyyəti bərpa edilib

Moskvada Rusiya, Azərbaycan və Ermənistan arasında Qarabağ üzrə üçtərəfli İşçi Qrupun fəaliyyəti bərpa edilib. Nümayəndələr arasında bu gün keçirilən görüşdə Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpası perspektivləri və üç ölkə liderlərinin razılaşmalarının həyata keçirilməsi məsələləri müzakirə olunub.

Rusiya hökumətinin saytında bildirilir ki, avqustun 17-də Moskvada keçirilən görüşdə tərəflər Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpasının perspektivlərini müzakirə ediblər və Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin 11 yanvar 2021-ci il tarixli Bəyanatı çərçivəsində görülən işlərin gedişatı müzakirə olunub.

Görüşdə Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri - Aleksey Overçuk, Şahin Mustafayev və Mher Qriqoryan da iştirak ediblər.

Qeyd edək ki, İşçi Qrup Ermənistanın yarıtmaz fəaliyyəti nəticəsində bir müddət əvvəl öz işini dayandırmışdı.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}