Fərari prezident Əşrəf Qəninin yeri məlum olub
Tarix: 18-08-2021 17:57 | Bölmə: Siyasət
Fərari prezident Əşrəf Qəninin yeri məlum olub

Ölkədən qaçmış Əfqanıstan prezidenti Əşrəf Qəninin yeri məlum olub.

Reyting.az
xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Xarici İşlər Nazirliyi Ə. Qəninin ailəsi ilə birlikdə bu ölkədə olduğunu təsdiqləyib.

Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi, ölkəsindən qaçqan Əfqanıstan prezidenti Əşrəf Qənini və ailəsini "humanitar səbəblərdən" qəbul etdiyini bildirib.

Xatırladaq ki, Əşrəf Qəninin Tacikistanda olması rəsmən inkar edildikdən onun Birləşmiş Əmirliyində olması barədə fərziyyələr dolaşmağa başlayıb.

Hamıdan əvvəl bir KİV BƏƏ fərziyyəsini ortaya atıb: "Kabul News" yazıb ki, fərari prezidentin hazırda BƏƏ-nin paytaxtı Əbu-Dabidədir.

4 gün əvvəl Əfqanıstandan qaçan Əşrəf Qəni əvvəlcə Tacikistana uçub. Lakin onun təyyarəsi bu ölkənin hava məkanına daxil olmayıb.

Sonradan eks-prezidentin Özbəkistan, Qazaxıstan və ya Omana uçduğu iddia olunub.

Rəsmi Daşkənd və Nur Sultan Əşrəf Qəninin bu ölkələrdə olduğunu inkar edib.

"Kabul News"a danışan bir mənbə bildirib ki, Qəni ailəsi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidədir.

Mənbə həmçinin onun Fars körfəzi sahilindəki əmirlikdə yəqin ki, çox qalmayacağı və ABŞ-a gedəcəyini iddia edib.

Hindistanın "India Today" nəşri də eyni iddianı irəli sürüb.

Məlumata görə, Əşrəf Qəninin uçduğu təyyarədə Əfqanıstan hökumətinin keçmiş milli təhlükəsizlik müşaviri Həmdullah Moheb də olub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}