Ərdoğan: "Türkiyə “Taliban”la əməkdaşlığa hazırdır"
Tarix: 18-08-2021 23:04 | Bölmə: Siyasət
Ərdoğan: "Türkiyə “Taliban”la əməkdaşlığa hazırdır"

“Hakimiyyətdə kim olursa olsun, yaxşı və pis vaxtlarda Əfqanıstanın yanında olmaq öhdəliyimizin və qardaşlığımızın tələbidir. Biz Türkiyə olaraq, Əfqanıstana çox ciddi sərmayələr qoymuşuq”.

Reyting.az
xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan bildirib ki, Türkiyə “Taliban”la əməkdaşlığa hazırdır: “Daha əvvəl də “Taliban” liderlərini qəbul edə biləcəyimizi bildirmişdik. Bu mövqeyi bu gün də qoruyuruq. Həm də "Taliban" liderlərinin mülayim açıqlamalarını alqışlayırıq. Əfqan xalqının sülh içində yaşamasını, bu ölkədəki türk soydaşlarımızın rifahı və ölkəmizin maraqlarının qorunması üçün hər cür əməkdaşlığa hazırıq”.

Onun sözlərinə görə, Əfqanıstandakı Türkiyə sülhməramlıları heç zaman hərbi əməliyyatlarda istifadə edilməyib: “Türkiyənin Əfqanıstanda hərbi varlığı yeni rəhbərliyin beynəlxalq arenada fəaliyyətini gücləndirəcək və işini asanlaşdıracaq”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}