Əşrəf Qəni geri dönəcəyini deyir: "Ölkəni bir köynəkdə, çalmada və ayaqqabıda tərk etdim"
Tarix: 18-08-2021 23:17 | Bölmə: Siyasət
Əşrəf Qəni geri dönəcəyini deyir: "Ölkəni bir köynəkdə, çalmada və ayaqqabıda tərk etdim"

“Əfqanıstanı bütün malımı, gizli məlumatları geridə qoymaqla tərk etməyə məcbur oldum. Çünki qan tökülməsi istəmədim, bunun səbəbkarı olmadım”.

Reyting.az
xəbər verir ki, bu sözləri Əfqanıstanın istefa verən prezidenti Əşrəf Qani sosial şəbəkə vasitəsilə əhaliyə müraciətində deyib.

Onun sözlərinə görə, “Taliban” Kabilə daxil olmayacağı barədə söz versə də, əvvəlcədən prezident sarayını mühasirəyə almışdı.

O, həmçinin yaxın zamanda Əfqanıstana qayıdacağını da bəyan edib.

Əşrəf Qani ölkəni tərk edərkən özü ilə 4 maşın pul götürməsi barədə iddialara da aydınlıq gətirib: “Məni özümlə külli miqdarda pul aparmaqda günahlandırırlar. Ancaq bu yalandır, ölkəni bir köynəkdə, çalmada və ayaqqabıda tərk etdim, çantada cəmi bir neçə kitab götürə bildim. Bütün malımı, mülkümü, hətta gizli məlumatları belə geridə qoymalı oldum”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}