YAP DSK üzvlüyünə 375 namizəd verib
Tarix: 19-08-2021 16:32 | Bölmə: Siyasət
YAP DSK üzvlüyünə 375 namizəd verib

“Artıq DSK-ların tərkibində dəyişiklik olunmasının vaxtı çatıb. Milli Məclisdə çoxluq təşkil edən partiyanın (YAP) nümayəndələri geniş iş aparıb”.

Reyting.az
xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini, Milli Məclisdə çoxluq təşkil edən partiyanın (YAP) nümayəndəsi Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, seçkilərin keçirilməsi üçün ən ümdə məsələlərdən biri də üzvlərin peşəkarlığıdır:

“Bu məsələ həmişə diqqət mərkəzində saxlanılıb. MSK-da Milli Məclisdə çoxluq təşkil edən partiyanın (YAP) 6 nümayəndəsi tərəfindən təqdimat imzalanıb. Tədqim edilən siyahıda 375 namizədin məlumatları var”.

Sonra siyahı səsverməyə çıxarılaraq qəbul edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}