Türkiyə “Taliban”la müxtəlif kanallar vasitəsilə əlaqə saxlayır
Tarix: 19-08-2021 20:24 | Bölmə: Siyasət
Türkiyə “Taliban”la müxtəlif kanallar vasitəsilə əlaqə saxlayır

“Türkiyə Əfqanıstanda “Taliban”la müxtəlif kanallar vasitəsilə əlaqə saxlayır”.

Reyting.az
xəbər verir ki, bunu “Anadolu” xəbər agentliyinə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Efiopiya Baş naziri Abiy Əhmədin birgə mətbuat konfransı öncəsi jurnalistlərə deyib.

“Ankara ya Kabul, ya da Doha vasitəsilə “Taliban”la əlaqə saxlayır. Bu təmaslar zəruridir".

Türkiyə diplomatiyasının rəhbəri xatırladıb ki, “Taliban” hərəkatının nümayəndələri hələ Kabili ələ keçirməzdən əvvəl Türkiyəyə səfərə dəvət alıblar.

Çavuşoğlu Ankaranın Əfqanıstanda qurulacaq yeni hökuməti tanıma ehtimalını da yüksək qiymətləndirib.

"Taliban” hərtərəfli hökumət quracağına söz verib. Həqiqətən də inklüziv bir hökumətin qurulub-qurulmayacağını görmək lazımdır. Türkiyə beynəlxalq birliklə birlikdə hərəkət edəcək”.

Çavuşoğlunun sözlərinə görə, Türkiyə həm bu mövzuda bəyanatları, həm də atılan addımları beynəlxalq ictimaiyyətlə əlaqələndirəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}