Azərbaycan Ordusu Sarıbaba kəndindən geri çəkilib - Akopyan
Tarix: 19-08-2021 20:59 | Bölmə: Siyasət
Azərbaycan Ordusu Sarıbaba kəndindən geri çəkilib

Azərbaycan Ordusu Sarıbaba kəndi (Şuşanın ərazisidir) ilə üzbəüz ərazidən geri çəkilib.

Reyting.az
xəbər verir ki, bunu kəndin başçısı Artak Akopyan NEWS.am saytına müsahibəsində bildirib.

"Azərbaycan Ordusu təxminən 1 km irəli getdi, indi əvvəllər bizim icmaya aid olan heyvandarlıq fermasında yerləşən bazasına çəkildi”.

Xatırladaq ki, avqustun 17-də Akopyan NEWS.am-a müsahibəsində bir neçə gün əvvəl erməni hərbçilərinin Sarıbaba kəndini tərk etdiklərini bildirmişdi.

Öz növbəsində Araik Arutyunyanın müşaviri Vaqram Poqosyan bu məlumatı şərh edərkən, “Müdafiə Ordusu”nun bölmələrinin yerində olduğunu, heç bir problem olmadığını söyləyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}